Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Covid-19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayonda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir

26 aprel 2020 | 20:00
Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə Sabunçu rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahəsi və ətrafları, məhəllədaxili yollar, əhalinin intensiv hərəkət etdiyi küçələr, çoxmənzilli yaşayış binaları, binalardakı ümumi istifadə yerlərində, giriş blokları, pilləkənlər, pilləkən marşları və sakinlərin daha çox istifadə etdiyi digər yerlərdə, həmçinin rayonun qəsəbələrində xüsusi nəqliyyat vasitələri ilə daşınan suyun tərkibinə xüsusi dərman preparatları və dezinfeksiyaedici məhlullar əlavə edilərək dezinfeskiya işləri aparılıb.
Dezinfeksiya işləri hər gün davamlı olaraq rayonun bütün qəsəbələrində aparılmaqdadır.
Keçidlər