Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə reydlər keçirilir

03 iyul 2020 | 20:00
   Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə Sabunçu Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən reydlər keçirilir.
   Rayon  İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın, hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında təbliğat işlərinin aparılması məqsədilə yaradılmış mobil qrup üzvlərinin iştirakı ilə rayon ərazisində fəaliyyətinə icazə verilən müəssisə və obyektlərə baxış keçirilərək əhalinin sıx olduğu məkanlarda, rayonun ictimai-iaşə və ticarət obyektlərində, həmçinin ictimai nəqliyyatda qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb, vətəndaşlara sanitar rejimin tələbləri izah edilmiş, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etməkləri tövsiyyə olunmuşdur.
Qeyd edək ki, rayon ərazisində reyd və maarifləndirmə tədbirləri axşam saatlarında da həyata keçirilir.
 
Keçidlər