Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi

04 iyul 2020 | 20:00
   Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə Sabunçu Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən reydlər davamlı olaraq həyata keçirilir.
   Növbəti reyd Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Elgün Həbibullayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və Sabunçu rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları tərəfindən Bakıxanov, Sabunçu, Zabrat və Maştağa qəsəbələrində fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq satışı mağazalarında keçirilmişdir.
   Bundan əlavə olaraq yaradılmış mobil qruplar tərəfindən mütəmadi olaraq rayonun bütün qəsəbələrində fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq satışı mağazalarında reydlər keçirilir.
 
Ətraflı linkdə:  https://www.facebook.com/sabunchuih/posts/1631828083646822

Keçidlər