Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Dəmirçiyev Tural Rəfail oğlunun ailəsi ilə görüş keçirildi

08 fevral 2021 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Dəmirçiyev Tural Rəfail oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
   Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan T.Dəmirçiyevin ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir. Qeyd olunmuşdur ki, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və müzəffər Azərbaycan ordusunun qətiyyəti ilə qazanılmış tarixi zəfərimiz milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirmişdir.
   Qeyd edək ki, Dəmirçiyev Tural Rəfail oğlu 01.10.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2010-cu ildə Sabunçu rayonu, Ramana qəsəbəsi, Rixard Zorge adına 90 saylı tam orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Menecment” fakültəsinə daxil olmuşdur. Ali məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmış, Tərtər rayonunda ön cəbhədə xidmətini layiqincə yerinə yetirmişdir. 2017-ci ildə “SOCAR”–ın Təhlükəsizlik idarəsində mühafizəçi vəzifəsində çalışmağa başlayan T.Dəmirçiyev Vətən müharibəsi zamanı könüllü şəkildə hərbi səfərbərliyə cəlb olunaraq Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə  “Vətən Uğrunda” və  “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif edilmişdir.

 Allah rəhmət eləsin!
 
Keçidlər