Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Rzayev Aslan Süleyman oğlunun ailəsi ilə görüş keçirildi

16 fevral 2021 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Abbasov, Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev və Maştağa bələdiyyəsinin sədri Mikayıl Məmmədov Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Rzayev Aslan Süleyman oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
  Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan A.Rzayevin ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
  Qeyd edək ki, Rzayev Aslan Süleyman oğlu 21 yanvar 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2012-ci ildə orta məktəbi bitirərək elə həmin ildə də Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompyuter texnikası” fakültəsinə qəbul olunmuş, 2016-cı ildə isə məzun olmuşdur.
2016-cı ildə həqiqi hərbi xidmətə yollanan A.Rzayev Ağcabədi rayonunun Qiyamətdinli kəndində hərbi vəzifəsini uğurla yerinə yetirmişdir. A.Rzayev vətənin müdafiəsi uğrunda döyüşlərə qatılmış, Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə  iştirak etmiş və 13 oktyabr 2020-ci il tarixdə Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə  “Vətən uğrunda” və “Xocavəndin azad olunması uğrunda” medalları ilə təltif olunmuşdur.
 
Allah rəhmət eləsin!
Keçidlər