Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Sabunçu rayonunda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi

09 may 2021 | 20:00
   10.05.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Sabunçu rayonunda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi. 
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məsul əməkdaşları və Sabunçu Gənclər Evinin gənc üzvlərinin iştirakı ilə rayonun Ramana və Kürdəxanı qəsəbələrində keçirilən aksiyalar çərçivəsində ümumilikdə 900-dən çox ağac əkildi.
   Gələcəkdə də bu cür aksiyaların davamlı olacağı nəzərdə tutulmuşdur.
Keçidlər