Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon məktəblilərinin akademik Qara Mustafayev ilə görüşü keçirildi

09 dekabr 2015 | 20:00

03 dekabr 2015-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə rayonun 80 nömrəli tam orta məktəbində biologiya elmləri doktoru, “Şöhrət” ordenli tanınmış zooloq-ekoloq alim, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki Qara Mustafayevlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əlislam Abasquliyev bildirdi ki, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri kimi fəaliyyət göstərən yorulmaz alimin onlarla yetirməsi ölkəmizin ali və orta məktəblərində biologiya elmini tədris edir. O, çoxlu sayda alimlər yetişdirib. Qara müəllimin yüzlərlə elmi monoqrafiyası, 500-dən çox elmi və populyar əsəri, dərslik, metodik və elmi kitabları 15-dən çox ölkədə müxtəlif dillərdə nəşr edilib. Alim ana təbiətin gözəlliklərinə həsr olunmuş 5 sənədli filmin ssenari müəllifidir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məhəmməd Əsədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşi Fərman Abdullayev, BDU-nun dosenti, biologiya üzrə fəlsəfə doktoru Anar Məmmədov, orta məktəbin biologiya müəllimi Zülfiyyə Mehdiyeva və başqaları Qara Mustafayevin elmimizə verdiyi töhfələrdən söhbət açıblar.
Tədbirdə məktəb şagirdlərinin ifasında şair-publisist və təbiətşünas alim Anar Məmmədovun müəllimi Qara Mustafayevə və təbiət gözəlliklərinə həsr etdiyi şeirlərdən ibarət ədəbi-bədii kompozisiya təqdim olundu.
Sonda akademiki Qara Mustafayev tədbirin təşkilinə görə öz minnətdarlığını bildirib. Məktəbin direktoru Qara müəllimin məktəbin fəxri üzvü seçilməsi  münasibətilə ona fəxri diplom təqdim edib.

Keçidlər