Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçuda Yeni Azərbaycan Partiyasının yaranmasının 24 illiyinə həsr olunmuş toplantı keçirilib

16 noyabr 2016 | 20:00

Noyabr ayının 17-də Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında YAP-ın yaranmasının 24 illiyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Millət vəkili Dilarə Cəbrayılova, RİH başçısının müavinləri, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva və təşkilatın üzvləri iştirak etdilər. İlk öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin YAP Sabunçu rayon təşkilatının inzibati binasındakı abidəsi önünə gül dəstələri qoyaraq  dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev giriş sözü ilə açaraqYAP-ın 24 illik fəaliyyəti və  keçdiyi inkişaf yolu barədə geniş məlumat verib. Çıxışında Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP-ın Azərbaycanın müstəqil dövlət kimi inkişafındakı tarixi və əvəzolunmaz rolundan bəhs edən Adil Vəliyev  Ulu öndərin layiqli davamçısı, partiyanın Sədri, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə aparılan çoxşaxəli siyasəti barədə də danışıb.
Tədbirdə həmçinin YAP Sabunçu rayon təşkilatının sədriMehriban Abasquliyeva, Millət vəkili Dilarə Cəbrayılova, Bakı Dövlət Sosial-İqtisad Kollecinin direktoru Vidadi Orucov və partiyanın gənc üzvləri çıxış edərək Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının həyatında oynadığı xilaskarlıq missiyasından, müstəqil Azərbaycanın nailiyyətlərindən söz açıblar.
Tədbirin sonunda YAP Sabunçu rayon təşkilatı tərəfindən partiyanın bir neçə üzvünə fəxri diplomlar, YAP sıralarına yeni qoşulmuş bir qrup gəncə isə üzvlük vəsiqələri təqdim olunub.

 

Keçidlər