Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 20 Yanvar şəhidləri ehtiramla yad olundular

18 yanvar 2017 | 20:00
19 yanvar 2017-ci il tarixində Sabunçu Rayon  İcra Hakimiyyəti  başçısı aparatının, rayon hüquq-mühafizə orqanlarının  rəhbərləri, rayon ictimaiyyəti və din xadimləri  Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin məzarlarının üzərinə gül dəstələri və əklillər qoymuş, şəhidlərimizin ruhuna  dualar oxumuşlar.
Matəm əlaməti olaraq 20 yanvar 2017-ci il tarixində rayon ərazisində Azərbaycan Dövlət bayraqları endirilmiş və saat 12-00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Eyni zamanda Rayon İcra Hakimiyyəti başçısı aparatı, idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə “Şəhidlər Xiyabanı” ziyarət olunmuş, məzarların üzərinə güllər qoyulmuşdur.
Keçidlər