Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olundu

18 yanvar 2017 | 20:00
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 117 saylı 30.12.2016-cı il tarixli Sərəncamı əsasında Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir.
Tədbirlər planına uyğun olaraq 19.01.2017-ci il tarixdə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Sabunçu rayonunun bir sıra məktəbəqədər təhsil müəssisələrində silsisilə tədbirlər keçirilmişdir. Rayonun 192 saylı körpələr evi-uşaq bağçasında baş tutan tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, I müavin Güloğlan Məmmədov, müavin Arzu Məmmədova, Aparatın şöbə müdirləri və bağçanın müəllim kollektivi iştirak etdilər.
İlk öncə tədbirdə qanlı yanvar hadisələri zamanı həlak olanların xatirəsi ehtiramla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Uşaqlar hazırladıqları şeir, musiqi və  səhnəciklərlə  həmin günün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin çağdaş tariximizə qürur, şərəf mübarizəsi kimi daxil olmasını qonaqların diqqətinə çatdırdılar.
Tədbirin sonunda çıxış edən Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirdi ki,  bir tərəfdən kədərli, digər tərəfdən isə qəhrəmanlıq səhifəsi olan həmin gün bütün dünya, xalqımızın qəhrəmanlığının, azadlıq uğrunda mübarizliyinin şahidi olub. O gecədə törədilən hadisələr,  xalqımızın qəhrəmanlığı, azadlıq uğrunda mübarizliyi uşaqların hazırladıqları kompazisiyalarda bir daha canlandırılmışdı.
20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar daha bir anım tədbiri Sabunçu rayonundakı  “Svit xaus” uşaq bağçasında keçirildi. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, Bakıxanov qəsəbəsinin icra nümayəndəsi və digər qonaqlar iştirak etdilər. Tədbirdə “Svit xaus” uşaq bağçasında tərbiyə olunan uşaqların ifasında vətənin süverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların əbədi xatirəsinə həsr olunmuş şeir və səhnəciklər nümayiş olundu. 
Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova tədbirin keçirilməsində uşaq bağçasının rəhbərliyinə təşəkkürünü bildirərək, qeyd etdi ki, bu cür silsilə tədbirlərin keçirilməsində məqsəd  gənc nəslə vətənpərvərlik hissini aşılamaq və onları bu istiqamətdə maarifləndirməkdir.
Keçidlər