Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəliyin 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi

24 yanvar 2017 | 20:00
25 yanvar 2017-ci il tarixdə Sabunçu qəsəbəsində yerləşən 148 nömrəli tam orta məktəbin akt zalında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəliyinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı  keçirildi.
Hesabat yığıncağında Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, aparatın şöbə müdirləri, məsul işçiləri, xidmət  sahələrinin rəhbərləri və qəsəbə  sakinləri  iştirak etdilər. Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Məhərrəm Mehrəliyev və Sabunçu Bələdiyyəsinin sədri Əlfəddin Həsənov hesabat məruzəsi ilə çıxış etdilər.
Məruzə ətrafında qəsəbə sakinlərindən Samir Sadirov, Vidadi Nuriyev və başqaları çıxış edərək öz münasibətlərini bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğı barədə geniş məlumat verdi və Sabunçu qəsəbəsində görülən və görülməsi nəzərdə tutulan işləri diqqətə çatdırdı.
Keçidlər