Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici VII tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Sabunçu məktəbliləri paytaxta geri döndülər

25 mart 2017 | 20:00
26 mart 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Sabunçu məktəbliləri paytaxta geri döndülər.
4 günlük səfərdə olan Sabunçu rayon məktəblilərini Heydər Əliyev adına Beynəlxalq Hava Limanının gözləmə zalında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov qarşıladılar.
Aksiya iştirakçıları onlar  üçün ayrılmış xüsusi avtobusla Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına gələrək valideyinləri ilə görüşdülər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova Naxçıvan Muxtar Respublikasından qayıdan  tur-aksiya iştirakçıları və valideyinlərini ilə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında görüşərək şagirdlərin tur-aksiya haqqında təəssüratlarını öyrəndi və qərargah üzvləri ilə birlikdə uşaqlar ailələrinə təhvil verildilər. Şagirdlər onlar üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə şəkili çəkdirildi.
Qeyd edək ki, Bakı məktəbliləri Naxçıvan şəhərində və Ordubad, Culfa, Şahbuz rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olublar.
Keçidlər