Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

14 iyul 2017 | 20:00

14.07.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu öndər Heydər  Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibəti ilə tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, başçının I müavini Güloğlan Məmmədov, RİH Aparatın əməkdaşları, qəsəbə nümayəndələri və bələdiyyə sədrləri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 48-ci ildönümü nə həsr olunmuş film nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan Sabunçu rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev tədbir iştirakçılarını salamlayaraq Ümummmilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi  hakimiyyətə gəlməsi, fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etdi. Qeyd etdi ki, Heydər Əlirza oğlu Əliyev  48 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin  birinci katibi seçilmişdir. Həmin gündən etibarən Heydər Əliyevin böyük səyləri, vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemlərini dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi. A.Vəliyev ulu öndərin siyasi hakimiyyətə gəlməsi, Azərbaycanın tərəqqi, inkişaf və çiçəklənməsi istiqamətində həyata keçirdiyi böyük işlərdən danışaraq dahi rəhbərin hakimiyyətə gəlişi ilə Azərbaycan qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil olduğunu qeyd etdi və məhz ümummili liderin hakimiyyəti illərində həyata keçirdiyi daxili siyasət sayəsində Azərbaycanda milli özünüdərk, milli özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atıldığını diqqətə çatdırdı.
Sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Şurasının Sabunçu rayon Təşkilatının sədri Elxan Mirzəyev, Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva, Rayon Gənclər və İdman İdarəsinin rəsidi Rakif Əliyev və 271nömrəli tam orta məktəbin direktoru Səməndər Məmmədov çıxış edərək Ulu öndərin 1969-cu ildə siyasi hakimiyyətə gəlməsi,  Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qoruması, xalqımızın xilaskarına çevrilməsindən danışdılar.

Keçidlər