Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” 8-ci tur-aksiyasının Sabunçu rayon iştirakçıları intellektual bilik yarışında qalib gəldilər

19 noyabr 2017 | 20:00
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin səkkizinci mərhələsi çərçivəsində ölkəmizin regionlarına təşkil edilmiş tur-aksiyalar başa çatıb.
   Ümumtəhsil məktəblərin şagirdləri və onların müəllimləri dörd gün ərzində səyahət etdikləri şəhər və rayonların tarixi, mədəniyyəti, əhalinin həyat tərzi və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələrlə yaxından tanış olublar.
    Noyabrın 18-də rayonlararası keçirilən intellektual bilik yarışında Sabunçu rayon məktəbliləri ən yüksək xalla qalib gələrək kubok, medal və diplomlarla təltif olunublar.
   Noyabrın 19-da isə Sabunçu rayon olan iştirakçıları qələbə ilə geri dönüblər. Aksiyanın iştirakçılarını Sabunçu Rayon İcra Hakimiyyətinin  başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Güloğlan Məmmədov və müavinlər  Rəna Fərəcova, Avtandil Hüseyn-zadə, RİH-nin məsul işçiləri, ictimaiyyət nümayəndələri və valideynlər təntənəli şəkildə qarşılayıblar. Çıxış edən Rayon İcra Hakimiyyətinin  başçısı Adil Vəliyev məktəbliləri qələbə münasibətilə təbrik edib. 
    Sonda aksiya iştirakçıları  üçün hazırlanmış ziyafətdə iştirakçıların hər birinə hədiyyələr təqdim olunub.
Keçidlər