Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Biz narkomaniyaya yox deyirik” mövzusunda tədbir keçiridi

28 noyabr 2017 | 20:00
  29 noyabr 2017-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə  Bakıxanov qəsəbəsi 252  nömrəli tam orta məktəb-liseyin akt zalında “Biz narkomaniyaya yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Bakı şəhər Narkoloji Dispanserinin Həkim-Narkoloqu Qalib Məmmədov və məktəbin şagird və müəllim kollektivi  iştirak etdilər.
  İlk əvvəl tədbir iştirakçıları  narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər.  Sonra tədbiri giriş sözü ilə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov açdı. Ə.Teymurov çıxışında müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniyaya qarşı Azərbaycanda dövlət tərəfindən həyata keçirilən tədbirlər, qəbul edilən qanun və qərarlar, Dövlət Komisiyyasının gördüyü işlərdən geniş danışaraq məktəblilərə məlumat verdi. Gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə aparılan islahatlardan, cənab prezident İlham Əliyevin əhalinin sosial-rifah halinin yüksəldilməsi, ölkəmizin sürətli inkişafı üçün mühüm əhəmiyyətə malik beynəlxalq lahyihələrdən  geniş danışdı.
Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserinin Həkim-Narkoloqu Qalib Məmmədov çıxış edərək respublikada narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması tədbirlərinin səmərəliliyi  haqqında danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər, məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyyələr verdilər.
  Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.
Keçidlər