Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Zəka” bilik yarışması keçirildi

11 dekabr 2017 | 20:00
   12.12.2017-ci il tarixdə Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin təşəbbüsü və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq “Zəka” bilik yarışması keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ülviyyə Rufullayeva, 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva, AMEA-nın Dendralogiya İnstitunun “Bitki ekologiyası” laboratoriyasının müdiri, professor Hüseynağa Əsədov, yazıçı-jurnalist Məqsəd Nur, 42-ci Polis böləsinin əməkdaşı Yasəmən Fətəliyeva və “Azərbaycan müəllimi” qəzetinin jurnalisti iştirak etdilər.
   “Zəka” bilik yarışması  8-ci siniflərdən ibarət “Oğuz”, “Gülüstan” və“Dədə Qorqud” komandaları arasında keçirildi. Müxtəlif sahələri əhatə edən intellektual suallardan ibarət yarışmanın qalibi 17 balla “Oğuz” komandası oldu.
  Daha sonra AMEA-nın professoru Hüseynağa Əsədov, yazıçı-jurnalist Məqsəd Nur Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ülviyyə Rufullayeva çıxış edərək bu yarışmanın bütün həyatını xalqına, onun rifahına, çiçəklənməsi və dünya dövlətləri arasında nüfuzlu yer tutmasına həsr etmiş dahi və əvəzolunmaz şəxsiyyət, qüdrətli siyasi xadim,Ümumilli lider Heydər Əliyevin anım gününə həsr edilməsinin çox təqdirəlayiq hal olduğunu qeyd etdilər.
   Sonda “Zəka” bilik yarışmasının qaliblərinə kubok və diplomlar təqdim olundu.
Keçidlər