Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda bəstəkar Tofiq Quliyevin 100 illik yubiley tədbiri keçirildi

27 dekabr 2017 | 20:00
   28.12.2017-ci il tarixdə Sabunçu qəsəbəsində yerləşən 215 nömrəli tam orta məktəbdə məktəbin təşəbbüsü və Sabunçu Rayon İcra    Hakimiyyətinin dəstəyi ilə bəstəkar Tofiq Quliyevin 100 illik yubiley tədbiri keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başcısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Ülviyyə Rufullayeva və Ceyhun Abbasov, Təhsil Şurasının katibi Böyükağa Mikayıllı, Azərbaycan Pedaqoji Universitetinin musiqi və tədrisi metodikası kafedrasının baş müəllimi Şəhla Quliyeva və məktəbin ilk direktoru Sona Əliyeva iştirak etdilər.  
   Tədbir zamanı bəstəkarın yaradıcılığı haqqında məlumatları əks etdirən video-çarx nümayiş etdirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixli Sərəncamına uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən Tofiq Quliyevin yaradıcılığına həsr olunan “Musiqidə döyünən ürək” adlı multimedia toplusunun hazırlandığı qeyd olundu. Şəxsi və dövlət arxivlərinin materialları əsasında hazırlanan toplu Tofiq Quliyevin həyat və yaradıcılığı haqqında kitab-albom, bəstəkarın bədii filmlər üçün mahnıları, fortepiano üçün əsərləri, indiyədək səslənməmiş simfonik orkestr üçün əsərlərindən ibarət dörd cildlik not kitabları, 212 əsəri özündə cəmləşdirən fleş-kart dəstindən ibarətdir.
   Daha sonra məktəbin istedadlı şagirdlərinin ifasında Tofiq Quliyev yaradıcılığından nümunələr səsləndirildi və Bəxtiyar filmindən bir fraqment şagirdlər tərəfindən canlandırıldı.
Keçidlər