Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə Nümayəndəliyinin və Ramana Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi

08 yanvar 2018 | 20:00
 09.01.2018-ci il tarixdə Ramana qəsəbəsində yerləşən 90 saylı məktəbin akt zalında Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə  Nümayəndəliyinin və Ramana Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair yekun iclası keçirilmişdir. İclasda Sabunçu rayon İcra Hakimiyyəti Başçısının I müavini Güloğlan Məmmədov və rayon ərazisində fəaliyyət göstərən qurumların rəhbər və nümayəndələri iştirak etmişdir.
  İclası giriş sözü ilə açan Güloğlan  Məmmədov qəsəbə haqqında ümumi məlumat verdikdən sonra qəsəbə nümayəndəsi Şamil Alıyev və bələdiyyə sədri İntizar Rzayeva görülmüş işlər və qarşıda duran vəzifələrdən söz açmışlar.
Tədbirin sonunda iştirak edən sakinlərin də fikirləri, təklif və iradları dinlənilmiş və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Keçidlər