Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə Nümayəndəliyinin və Zabrat Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi

11 yanvar 2018 | 20:00
   12.01.2018-ci il tarixdə Zabrat qəsəbəsində yerləşən 81 saylı məktəbin akt zalında Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə  Nümayəndəliyinin və Zabrat Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi. İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyev, RİH başçısının I müavini Güloğlan Məmmədov, müavin  Rəna Fərəcova və rayon ərazisində fəaliyyət göstərən qurumların rəhbər və nümayəndələri iştirak edirdilər.
   İclası giriş sözü ilə açan Adil Vəliyev qəsəbə haqqında ümumi məlumat verdikdən sonra qəsəbə nümayəndəsi İlqar Suleymanov və bələdiyyə sədri Nailə Nəsirova 2017-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrdən söz açdılar.
   Sonunda sakinlərin də fikirləri, təklif və iradları dinlənildi və RİH Başçısı tərəfindən aidiyyatı qurumlara müvafiq tapşırıqlar verildi.
Keçidlər