Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Kürdəxanı qəsəbəsi üzrə Nümayəndəliyinin və Kürdəxanı Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir

14 yanvar 2018 | 20:00
  15.01.2018-ci il tarixdə Kürdəxanı qəsəbəsində yerləşən 113 saylı məktəbin akt zalında Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Kürdəxanı qəsəbəsi üzrə Nümayəndəliyinin və Kürdəxanı Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. İclasda Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının I müavini Güloğlan Məmmədov və rayon ərazisində fəaliyyət göstərən qurumların rəhbər və nümayəndələri iştirak edirdilər. İclası giriş sözü ilə açan Güloğlan Məmmədov qəsəbə haqqında ümumi məlumat verdikdən sonra qəsəbə nümayəndəsi Zaur Abbasov və bələdiyyə sədrinin müavini Pərviz Dadaşov görülmüş işlər və qarşıda duran vəzifələrdən söz açmışlar.
  Tədbirin sonunda sakinlərin də fikirləri, təklif və iradları dinlənilmiş və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Keçidlər