Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Biz narkomaniyaya yox deyirik” mövzusunda tədbir keçirildi

24 yanvar 2018 | 20:00
   25 yanvar 2018-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə  Zabrat qəsəbəsi 81 nömrəli tam orta məktəbin akt zalında “Biz narkomaniyaya yox deyirik” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Bakı şəhər Narkoloji Dispanserinin Həkim-Narkoloqu Pərvin Abbasova, valideyinlər, şagird və müəllimlər iştirak edirdilər.
   İlk əvvəl məktəbin direktoru çıxış edərək  tədbirin məqsəd və əhəmiyyətindən danışıb gələn qonaqları təqdim etdi. Sonra tədbir iştirakçıları  narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər.
Tədbiri giriş sözü ilə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov açaraq, müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdi.Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlar, Dövlət Proqramından irəli gələn işlərin icra vəziyyəti barədə ətraflı  məlumatverdi.
  Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov,Bakı şəhərNarkoloji Dispanserinin Həkim-Narkoloqu Pərvin Abbasova, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev çıxış edərək respublikada narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti haqqında  danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər və  məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyyələr verdilər.
   Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.
Keçidlər