Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə cüdo üzrə açıq birincilik keçirilmişdir

01 mart 2018 | 20:00
   02.03.2018-ci il tarixdə Balaxanı İdman Sağlamlıq Mərkəzində Sabunçu rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə cüdo üzrə Sabunçu rayon açıq birinciliyi keçirilmişdir. Birinciliydə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli Məclisin deputatı Dilarə Cəbrayılova, YAP-ın Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Cüdo Federasiyasının Baş katibi Elmar Babanlı, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ədalət Teymurov və Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev iştirak etmişlər.
  Birinciliyin təntənəli açılışından sonra Sabunçu rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova çıxış edərək, idmançıları 5 mart -  Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə təbrik etdi. Tədbirdə iştirak edən digər rəsmi şəxslər də Azərbaycan idmanının bugünkü inkişaf səviyyəsi, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğıdan söz açaraq, məhz bu diqqət və qayğı nəticəsində Azərbaycan idmançılarının növbəti illərdə də daha böyük uğurlara imza atacağını vurğuladılar.
  Çıxışlardan sonra Maştağa Mədəniyyət evinin rəqs ansamblı musiqi proqramı ilə çıxış edərək bədii hissəni tamamladı və final oyunlarına start verildi.
  Birinciliyin qalibləri Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olundular.
Keçidlər