Şriftin ölçüsü :

Saytın rəngi :

“Qəyyumluqda olan hər uşağa diqqət və qayğı!” layihəsi çərçivəsində qəyyum uşaqlar üçün şənlik təşkil edildi

24 mart 2018 | 20:00
  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası və  “Qızıl Aypara” Cəmiyyətinin Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə “Qəyyumluqda olan hər uşağa diqqət və qayğı!” layihəsi çərçivəsində 25.03.2018-ci il tarixdə Bakıxanov qəsəbəsində yerləşən “Park Plyus” uşaq əyləncə mərkəzində Sabunçu rayonu ərazisində yaşayan valideyn himayəsindən məhrum olmuş və qəyyumluğa verilmiş uşaqlar üçün Novruz bayramı münasibətilə şənlik təşkil edildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının katibi Səbahət Hünbətova və Qızıl Aypara Cəmiyyətinin Sabunçu rayon təşkilatının sədri Elmira Melikova iştirak edirdilər. Uşaqlar onlar üçün təşkil edilmiş müxtəlif əyləncə qurğularında oyunlar oynayaraq şən musiqi sədaları altında rəqs etdilər. Sonda hər bir uşağa bayram sovqatı təqdim olundu.
Keçidlər