Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illiyi münasibətilə Səhiyyə konfransı keçirildi

26 aprel 2018 | 20:00
   Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci il dönümü ilə əlaqədar Sabunçu rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində 27.04.2018-ci il tarixində rayon ərazisində yerləşən12  saylı Şəhər Poliklinikasında Səhiyyə konfransı keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcova, Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Mamed Cəfərov, Akademik Zərifə Əliyeva adına Mili Oftalmologiya Mərkəzinin uşaq oftalmoloqu Aysel Əkbərova və rayon səhiyyə müəssisələrin baş həkimləri və həkimlər iştirak edirdilər.
   Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev cənabları görkəmli oftalmoloq alim,  akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolu, zəngin elmi fəaliyyətindən danışaraq onun qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi yüksək dəyərlərə malik olduğunu xüsusi vurğuladı.
  Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcova çıxışında bildirdi ki, görkəmli alim, sədaqətli həyat yoldaşı, mehriban və qayğıkeş ana olan, milli-mənəvi və yüksək əxlaqi dəyərləri varlığında təcəssüm etdirən Zərifə xanım Əliyeva bütün türk dünyası və müsəlman aləmində qadınlığa örnək bir insanidi.
  Tədbirdə çıxış edən Bakı şəhər Baş səhiyyə İdarəsinin rəis müavini Mamed Cəfərov, Akademik Zərifə Əliyeva adına Mili Oftalmologiya Mərkəzinin uşaq oftalmoloqu Aysel Əkbərova, 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov, YAP Sabunçu rayon təşkilatının sədri və 2 saylı Doğum evinin baş həkimi Mehriban Abasquliyeva və digər çıxış edənlər akademik Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması, elmi-pedaqoji fəaliyyəti, çox şaxəli elmi-tədqiqat işləri, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsi və zəngin mənəviyyata sahib olmasından söz açdılar və xalqımızın qəlbində əbədi yaşayacağı, daim dərin ehtiram və rəğbətlə anılacağını qeyd etdilər.
Keçidlər