Şriftin ölçüsü :

Saytın rəngi :

Maştağa qəsəbəsində gənc rəssamın fərdi rəsm sərgisi keçirilmişdir

02 may 2018 | 20:00
   03.05.2018-ci il tarixdə Maştağa Mədəniyyət Evində Maştağa qəsəbəsi 108 nömrəli tam orta məktəbin Xb sinif şagirdi Babayeva Şəms Mehman qızının fərdi rəsm sərgisi keçirilmişdir.
  Tədbirdə Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, Maştağa qəsəbəsində fəaliyyət göstərən orta ümumtəhsil  məktəblərinin direktorları, şagirdlər və valideynlər iştirak edirdilər.
  Sərgidə  rəssamın rəngkarlıq və qrafika janrlarındahəyatın müxtəlif sahələrini əhatə edən  rəsmləri nümayiş olundu.
 Çıxış edənlər Ş.Babayevanın əsərlərinin rəngarəngliyi,janrlarının müxtəlifliyi, fantaziyası, dünyaya fərqli baxışı, qrafik və kətan üzərində işlədiyi əsərlərin gözəlliyindən söz açdılar, gənc rəssamın əl işlərini yüksək qiymətləndirib ona yeni yaradıcılıq uğurları arzuladılar.
Keçidlər