Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi təntənəli şəkildə qeyd edildi

08 may 2018 | 20:00
   09.05.2018-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən istirahət parkında Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı təşkil olundu.
  Konsertdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, RİH başçısının I müavini Güloğlan Məmmədov, RİH başçısının müavinləri Rəna Fərəcova, Avtandil Hüseyn-zadə, YAP-ın Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri və əməkdaşları və yerli sakinlər iştirak edirdilər.
  Konsert proqramında çıxış edən tanınmış estrada müğənniləri öz nəğmə payı ilə hər kəsin ruhunu oxşadı. Rayonda faəliyyət göstərən məktəbəqədər təhsil müəssisələri və mədəniyyət evlərinin rəqs ansamblları səslənən musiqilərin fonunda gözəl rəqslər nümayiş etdirdi.
Konsert proqramı Xəzər televiziyası vasitəsilə canlı yayımlandı.
   Həmçinin, Bakıxanov qəsəbəsində yüzlərlə eyvandan dövlət bayraqları asıldı.
Keçidlər