Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda məcburi köçkün olan zorakılıq qurbanlarına lazımi hüquqi, sosial və psixoloji dəstəyin göstərilməsi məqsədilə təlim keçirildi

24 may 2018 | 20:00
  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Məcburi köçkün icmalarında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində Sabunçu rayonunda məcburi köçkün olan zorakılıq qurbanlarına lazımi hüquqi, sosial və psixoloji dəstəyin göstərilməsi üzrə yerli qurumlararası əlaqələndirmənin təşkili məqsədilə yeni layihəyə başlanılmışdır. Layihə çərçivəsində aidiyyəti dövlət orqanlarının və təşkilatların nümayəndələrindən ibarət şəbəkə yaradılmış və işin uğurla təşkili istiqamətində müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.
  Bu məqsədlə 25.05.2018-ci il tarixdə Sabunçu Gənclər Evində aidiyyəti dövlət orqanları və təşkilatları təmsil edən nümayəndələrdən ibarət yaradılmış yeni şəbəkə üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova tərəfindən təlim keçirilmişdir.
  Təlimdə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavini, Gender Zorakılığı və Uşaqlara qarşı Zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova, Gender Zorakılığı və Uşaqlara qarşı Zorakılıq üzrə Monitorinq Qrupunun üzvləri, bələdiyyə sədrləri və aidiyyəti dövlət orqanları və təşkilatların nümayəndələrindən ibarət yaradılmış yeni şəbəkə üzvləri iştirak edirdilər.
  Təlimdə iştirakçılara gender əsaslı zorakılığın növləri, formaları və fəsadları haqqında məlumat verildi. Həmçinin, təlim iştirakçıları müxtəlif rollu oyunlar, müzakirələr və digər interaktiv üsullarla zorakılıq qurbanlarını canlandıraraq onların rastlaşa biləcəyi problemləri araşdırmış və həlli istiqamətində müxtəlif fikirlər, tövsiyələr səsləndirmişlər.
  Təlimdə iştirak edən Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavini, Gender Zorakılığı və Uşaqlara qarşı Zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova çıxış edərək layihənin məqsədi və əhəmiyyəti barədə  iştirakçılara məlumat verdi.
  Daha sonra çıxış edən layihənin koordinatoru, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova bildirdi ki, qadınların cəmiyyətdə rastlaşdığı zorakılıqların qarşısının alınmasında bu kimi maarifləndirici tədbirlər mühüm rol oynayır.
 
Keçidlər