Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü təntənəli şəkildə qeyd edildi

31 may 2018 | 20:00
  1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 01.06.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Elif” Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsindəki istirahət parkında  bayram şənliyi keçirildi.
  Rayon sakinlərinin, xüsusilə də uşaqların böyük marağına səbəb olan şənlikdə uşaqların ifasında şən musiqilər, rəqslər, klonlar, sehrbazlar, müxtəlif nağıl personajları şənliyə daha da rəng qatdı. Şənlik zamanı həmçinin uşaqlar yerdə müxtəlif rəngarəng rəsmlər çəkərək şən musiqilərin sədası altında rəqs etdilər, müxtəlif attraksionlardan ödənişsiz olaraq yararlandılar.
  Tədbirdə çıxış edənlər müasir dövrdə uşaq problemlərinin həlli və uşaq hüquqlarının qorunmasının qarşıya qoyulan ən aktual vəzifələrdən biri olduğunu vurğuladılar. Çıxışçılar uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün ölkəmizdə zəruri şəraitin yaradıldığını qeyd edərək hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması üçün əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-uşaq siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdilər.
 
Keçidlər