Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıxanov qəsəbəsində yerləşən 310 nömrəli tam orta ümumtəhsil məktəbində əsaslı təmir işləri aparılır

30 iyul 2018 | 20:00
   Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının tapşırığı ilə ölkəmizdə müasir tələblərə cavab verən yeni məktəb binaları tikilir və köhnə məktəblər əsaslı təmir olunaraq yenilənir. Geniş miqyasda görülən bu işlər nəticəsində təhsilin əhatəliyi və keyfiyyəti yüksək səviyyəyə çatmış və müasir dövrün tələblərinə cavab verən dünyəvi təhsil sistemi formalaşmışdır.
  Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 310 nömrəli tam orta ümumtəhsil məktəbində də əsaslı təmir işləri aparılır. Sahəsi 3160 kv.m olan 3 mərtəbəli, 720 şagird yerlik məktəbin zəruri mebel və avadanlıqlar və maddi-texniki təchizatla tam təmin olunaraq yeni tədris ilində şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulmuşdur.
 
Keçidlər