Şriftin ölçüsü :

Saytın rəngi :

“Uğurunuz uğurumuzdur!”

16 avqust 2018 | 20:00
  Bakıxanov qəsəbəsində yerləşən N.Rzayev adına 169 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif məzunu Aşırov Aslan Cümşüd oğlu və Zabrat qəsəbəsində yerləşən 192 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif məzunu Kərimxanov Anar Azad oğlu Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 700 bal toplayıblar.
  Qeyd edək ki, Aşırov Aslan Cümşüd oğlu 17.07.2001-ci ildə anadan olmuşdur. 2007-ci ildə məktəbin birinci sinfinə qəbul olunmuşdur. 2017-ci ildə OMBUDSMAN tərəfindən təşkil olunmuş yarışda xüsusi fəallığı ilə seçildiyi üçün Fəxri Fərmana layiq görülmüş, 2018-ci ildə keçirilən Riyaziyyat fənni üzrə Olimpiadada rayon birinciliyi qazanmışdır. IX və XI sinifləri Fərqlənmə şəhadətnaməsi və Fərqlənmə attestatı ilə bitirmişdir.
  Kərimxanov Anar Azad oğlu  isə 25.09.2001-ci ildə anadan olmuşdur. 2007-ci ildə məktəbin birinci sinfinə qəbul olunmuşdur. 2017-ci ildə Biologiya fənni üzrə Respublika Fənn Olimpiadasında III yerə layiq görülmüşdür. Həmçinin, 2016-cı ildə IX sinfi Fərqlənmə Şəhadətnaməsi, 2018-ci ildə isə XI sinfi “Qızıl” medalla bitirmişdir.
 
Keçidlər