Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu məktəbliləri “Uşaqların gələcəyinə sərmayə” devizi altında 12-ci Beynəlxalq Təhsil sərgisində

15 oktyabr 2018 | 20:00
  11-13-oktyabr 2018-ci il tarixində BAKI EKSPO CENTER-də “Uşaqların gələcəyinə sərmayə” devizi altında 12-ci Beynəlxalq Təhsil sərgisi təşkil edilmişdir.
  Sərgiyə dünyanın 12 ölkəsindən 135 iştirakçı qatılmışdır. Sərgi çərçivəsində fəaliyyət göstərən lektoriyada “Müəllimlik ixtisaslarına artan tələbat”, “Peşə təhsilinə artan maraq”, “İxtisas seçimi, karyera planlaması”, “Öyrətmək ustalığı”, “Təhsildə kommunikasiya vasitələrinin səmərəli istifadəsi”, “Olimpiadalara hazırlıq”, “Məktəbəhazırlıq qruplarının əhatə dairəsinin genişləndirilməsi” və digər mövzularda mühazirələr oxunmuş və təqdimatlar nümayiş olunmuşdur.
  Sərgidə Sabunçu rayonu üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin müəllim və şagird heyəti də fəal iştirak etmişdir.
 

 
Keçidlər