Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun Zabrat qəsəbəsində 2018-ci ilin sentyabr ayı ərzində aparılan abadlıq - quruculuq işləri haqqında məlumat

15 oktyabr 2018 | 20:00
  2018-ci ilin sentyabr ayı ərzində Zabrat qəsəbə nümayəndəliyi və Zabrat Bələdiyyəsi tərəfindən qəsəbənin Babək, Musa Bayramov və Əmir Bağırov küçələrində alaq otları təmizlənmiş, yol boyu yerləşən fərdi yaşayış evlərinin hasarları və qeyri-yaşayış tikililərinin fasad hissəsi rənglənmişdir. (12000 kv.metr)
  Musa Bayramov küçəsində paslanmış vəziyyətdə olan dəmir su çənləri və dəmir darvazalar rənglənmişdir.
  Əmir Bağırov küçəsində iki fərdi yaşayış evinin yararsız vəziyyətdə olan həyətyanı hasarları təzə dəmir örtüklər ilə əvəzlənmişdir.
  Babək küçəsində sakinlərin istifadə etdikləri avtobus dayanacağının yararsız vəziyyətdə olan döşəmə hissəsinə beton tökülərək rənglənmişdir.
Keçidlər