Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar iclas keçirildi

09 dekabr 2018 | 20:00
  10.12.2018-ci il tarixdə Bakıxanov qəsəbəsində yerləşən 74 saylı tam orta məktəbin akt zalında 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar iclas keçirildi
  İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov və müavin Avtandil Hüseyn-zadə, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehrəliyev, Sabunçu rayonunun təsərrüfat xidmətlərinin rəisləri, təhsil, səhiyyə və bir sıra digər müəssisələrin rəhbərləri iştirak edirdilər.
  Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar rayonda görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verərək tədbirlər planına uyğun olaraq işlərin görüldüyünü qeyd etdi. Yolların qardan vaxtında təmizlənməsi məqsədi ilə istifadə olunacaq texnikaların texniki vəziyyətinin yoxlanıldığını və cavabdeh təşkilatlar arasında xüsusi iş qrafiki  və növbətçilik    cədvəlinin təsdiq olunduğunu vurğulayan A.Vəliyev qarşıda duran vəzifələrin icrası ilə əlaqədar müvafiq müəssisə rəhbərlərinə tövsiyələr verdi.
  Tədbirdə çıxış edən Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov və Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehrəliyev Sabunçu rayonunda 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlığın vəziyyəti və görüləcək işlər barədə ətraflı məlumat verdilər.
Keçidlər