Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Gənclər Mərkəzində “2 Fevral – Azərbaycan Gəncləri günü” münasibətilə dəyirmi masa keçirilmişdir

29 yanvar 2019 | 20:00
30.01.2019-cu il tarixdə Bakı Gənclər Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “2 Fevral – Azərbaycan Gəncləri günü”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir.Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, millət vəkili Dilarə Cəbrayılova,YAP Sabunçu rayon Təşkilatının sədri Mehriban Abasquliyeva və Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi  Rakif Əliyev iştirak etmişlər.
Tədbir ilk olaraq gənclərin Bakı Gənclər Mərkəzinə tanışlığı ilə başlanıldı. Daha sonra dəyirmi masa ətrafında gəncləri salamlayan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının  müavini Rəna Fərəcova qeyd etdiki, Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyulmuş və gənclərin inkişafı istiqamətində bir sıra işlər həyata keçirilmişdir. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin I forumu keçirilmişdir. 1997-ci ildən isə Prezidentin sərəncamı ilə 2 fevral ölkədə “Azərbaycan Gəncləri Günü” kimi qeyd olunmağa başlamışdır. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşü zəngin yeni nəsil yetişir.
Millət vəkili Dilarə Cəbrayılova çıxış edərək bildirdi ki, ölkə başçısının tapşırığı ilə gənclərin inkişafı istiqamətində görülən işlər gənclərin faydalı məşğulluğunun təmin edilməsi və onların dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarmışdır. 2007-ci ildə prezident cənab İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam imzalamışdır. Proqram çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. 2011-ci ilin 6 aprel tarixində prezident cənab İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalamışdır. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Gənclərin hərtərəfli inkişafını və  cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident cənab İlham Əliyev 19 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam vermişdir. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulmuşdur.
YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abaquliyeva çıxışı zamanı vurğuladı ki,əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Bu istiqamətdə görülən işlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır.
Tədbirin sonunda qızlar arasında keçirilən voleybol yarışında I yerə layiq görülmiş 80 saylı tam orta məktəbin komandası və rayonda keçirilən inşa və rəsm müsabiqələrində I yeri qazanmış 169 və 215 saylı tam orta məktəb sagirdləri Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev tərəfindən diplomlarla təltif olunmuşlar.
Keçidlər