Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirildi

18 fevral 2019 | 20:00
  19.02.2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirildi.
  İlk olaraq tədbir Ümummilli lider Heydər Əliyevin büstü önünə gülqoyma mərasimi ilə başlanıldı. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva konfransın gündəliyi haqqında məlumat verdi. Mehriban Abasquliyeva bildirdi ki, hazırda YAP Sabunçu rayon təşkilatının 10200 nəfər üzvü var. Onlardan 3928 nəfərini gənclər, 5696 nəfərini isə qadınlar təşkil edir.
  YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyi tərəfindən görülmüş işlərə dair hesabatı təqdim edən rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Abbasəliyev qeyd etdi ki, Gənclər Birliyinin IV konfransında üzvlərin sayı 3443 nəfər idisə, bu gün bu rəqəm 3928-dir.  Gənc üzvlərdən 1686 nəfər ali, 1668 nəfər orta ixtisas, 574 nəfər orta təhsilli, 2 nəfər isə elmlər namizədidir. Gənclərdən 1059 nəfər təhsil, 731 nəfər səhiyyə, 364 nəfər idarəetmə sahəsində, qalan üzvlər isə digər idarə və müəssisələrdə çalışır. Onlardan 308 nəfər isə tələbədir. 46 gənc isə 23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində seçicilərin etmadını qazanaraq bələdiyyə üzvü seçilmişlər.
  Daha sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova YAP-ın Azərbaycan dövləti və xalqının inkişafında əvəzsiz rolu və xalqımızın YAP-a və onun yaradıcısı Ulu öndərə olan sonsuz inamından söz açdı.
  YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Sabunçu rayon təşkilatının fəal gənclərindən olan Orxan Daşdəmirli, Xanım Abdullayeva və Bəxtiyar Məmmədov ölkədə aparılan uğurlu gənclər siyasətinin gənclərin həyatında mühüm rola malik olduğunu bildirdilər.
  Sonra təşkilati işlərə baxılaraq YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri və İdarə Heyəti seçildi.
  Konfrans iştirakçılarının yekdil səsverməsinə əsasən Qüdrət Əlipənahov YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədri, Orxan Daşdəmirli və Tahir Hümbətov  isə sədrin müavinləri seçildilər.
  Təşkilati məsələlərdən sonra çıxış edən YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədri Qüdrət Əlipənahov göstərilən etimada görə partiya rəhbərliyinə və gənclərə minnətdarlığını bildirdi. Qeyd olundu ki, YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyi bundan sonra da rayonun və respublikanın ictimai-siyasi, sosial-mədəni həyatında aktiv olacaq və qarşıda duran bütün  vəzifələri layiqincə yerinə yetirəcəkdir.
  Sonda partiyaya yeni qəbul edilmiş gənclərə vəsiqələr təqdim edildi.
  Bununla da konfrans işini yekunlaşdırdı.
 
Keçidlər