Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirildi

26 aprel 2019 | 20:00

    27.04.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edirdilər.
    Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev görkəmli oftalmoloq alim,  akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolu, zəngin elmi fəaliyyətindən danışaraq onun qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi yüksək dəyərlərə malik olduğunu xüsusi vurğuladı.
   Maştağa qəsəbəsi 28 nömrəli tam orta məktəbin direktoru Qənirə Əmircanova çıxışında bildirdi ki, görkəmli alim, sədaqətli həyat yoldaşı, mehriban və qayğıkeş ana olan, milli-mənəvi və yüksək əxlaqi dəyərləri varlığında təcəssüm etdirən Zərifə xanım Əliyeva bütün türk dünyası və müsəlman aləmində qadınlığa örnək bir insan idi.
   Tədbirdə çıxış edən Maştağa qəsəbəsi 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Səriyyəxanım Səfərova və Bakıxanov qəsəbəsi 11 saylı Şəhər Poliklinikasının həkim-oftalmoloqu Türkan Bayramova akademik Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması, elmi-pedaqoji fəaliyyəti, çox şaxəli elmi-tədqiqat işləri, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsi və zəngin mənəviyyata sahib olmasından söz açdılar və xalqımızın qəlbində əbədi yaşayacağı, daim dərin ehtiram və rəğbətlə anılacağını qeyd etdilər.
  Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında xüsusi fərqlənən şəxslərə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olundu.

 
Keçidlər