Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirildi

13 iyun 2019 | 20:00
  Təhsil Nazirliyinin müvafiq əmri ilə 14 iyun 2019-cu il tarixində bütün respublikada olduğu kimi Sabunçu rayonunun məktəblərində də “Son zəng” tədbirləri keçirilmişdir.
  Rayonun ümumtəhsil məktəblərində keçirilən "Son zəng"  tədbirlərində Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişdir.
  Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin əməkdaşları öz çıxışlarında məzunları və valideynləri təbrik edərək, məktəbi bitirən şagirdlərə arzu və istəklərini çatdırdılar və Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində aparılan siyasətindən danışdılar.
  Sonda “Son zəng” tədbirində məktəbin 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət çıxışlar edən və məktəb həyatına əlvida deyən məzunlar doğma məktəbə və onlara dərs deyən müəllimlərə minnətdarlıqlarını bildirdilər.
  Qeyd edək ki, Sabunçu rayonunun digər məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçirilərək məzunların həyatında yaddaqalan bir günə çevrilib. Ənənəvi olaraq rayonun bütün orta məktəblərində keçirilən son zəng tədbirlərində təhkim olunmuş Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri və idarə-müəssisə rəhbərləri ştirak ediblər.
 
Keçidlər