Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyətinin və Sabunçu Gənclər Evinin “ƏN KÖNÜLLÜ”-lər üçün hazırladığı təlimlər silsiləsi davam edir

26 iyul 2019 | 20:00
Könüllülər təlimçi Samir Yoldaşovun təqdimatında " Dövlət qulluğu " haqqında biliklərini zənginləşdirdilər.
Təlim müddətində onlar aşağıdakı informasiyaları əldə etdilər:
1. Dövlət qulluqçusu kimdir , kimlər dövlət qulluqçusu ola bilər və onların hüquqları hansılardır;
2. Dövlət qulluğuna qəbul hansı mərhələlərdən ibarətdir;
3. İnzibati dövlət qulluğu vəzifələrinin növləri;
4. Dövlət qulluqçusunun andı.
Qeyd edək ki, “ƏN KÖNÜLLÜ” layihəsinə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə başlanmışdır.
Keçidlər