Şriftin ölçüsü :

Saytın rəngi :

İH başçısının müavinləri

   
Məmmədov Güloğlan Məmməd oğlu 
 
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədov Güloğlan Məmməd oğlu 15 fevral 1957-ci ildə Naxçıvan şəhərində anadan olub.
1979-cu ildə Naxçıvan Dövlət Universitetinin  “Tarix-ədəbiyyat” , 1999-cu ildə  isə “Hüquq” fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1981-ci ildə Naxçıvan “Şüşə qabları zavodu”da əmtəəşünas vəzifəsinə təyin olunaraq başlayıb.
1982-1984-cü illərdə “Alttrikotaj fabriki”də mülki müdafiə qərargahının rəisi vəzifəsində çalışıb.
1984-1992-ci illərdə Naxçıvan şəhər “57 №-li” hərbi ticarət idarəsində istehsalat rəisi vəzifəsində çalışıb.
1992-1995-ci illərdə Naxçıvan “Xəzər-Lada” şirkətində texniki xidmət sahəsinin müdiri vəzifəsində çalışıb.
1995-1997-ci illərdə Culfa Gömrük İdarəsində yük şöbəsinin inspektoru vəzifəsində çalışıb.
1997-2010-cu illərdə  Bakı şəhəri Hava Nəqliyyatında Baş Gömrük İdarəsində böyük inpektor vəzifəsində çalışıb.
2010-2014-cü illərdə özünün təsis etdiyi “Nərmin” elektrik avadanlıqları təhcizatı firmasının direktoru vəzifəsində çalışıb.
2014-cü ilin may ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, həmin ilin avqust ayında isə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
 
 
Fərəcova Rəna Möhübbət qızı 
 
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Fərəcova Rəna Möhübbət qızı 7 iyul 1989-cu ildə Bakı şəhərində anadan olub.
2011-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavriatura səviyyəsinin “Xarici dil (İngilis dili) müəllimliyi”, 2013-cü ildə isə magistratura səviyyəsinin “Dilşünaslıq (ingilis dili)” ixtisaslarını fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 2012-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dilinin tarixi və leksikası kafedrasında müəllim vəzifəsinə təyin olunaraq başlayıb.
2016-cı ilin sentyabr-noyabr aylarında müəllimliklə yanaşı Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsində Tədris işləri üzrə dekan müavini vəzifəsində çalışıb.
2016-cı ilin noyabr-iyul aylarında Azərbaycan Dillər Universitetinin Tələbə qəbulu və tələbə qeydiyyatı mərkəzində direktor vəzifəsində çalışıb.
2017-ci il ilin iyul ayında Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini vəzifəsinə təyin edilib.
2014-cü ildən etibarən Azərbaycan Dillər Universitetinin German dilləri ixtisası üzrə dissertantıdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
 
 
Həsənli Elşən Nazim oğlu
 
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Həsənli Elşən Nazim oğlu 10 avqust 1986-cı ildə Yevlax şəhərində anadan olub.
2006-cı ildə Azərbaycan  Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə isə Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini bitirib.
2012-2014-cü illərdə Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş məsləhətçi vəzifəsində çalışıb.
2014-2022-ci illərdə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. 
2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.
Keçidlər