Şriftin ölçüsü :

Saytın rəngi :

Asudə vaxt mərkəzi

 
 Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin  rəhbərliyi ölkədə mədəniyyət və incəsənət sahəsində aparılan geniş islahatlar və yaradıcı gənclərin bu sahədə uğurlarını nəzərə alaraq mərkəzin fəaliyyətində yeni forma və metodların tətbiqinə ehtiyac duymuşdur.Son zamanlar incəsənətin müxtəlif növlərinin sintezi yeni fəaliyyət formalarının yaranmasına zəmin yaratmışdır. Bu səbəbdən Mərkəzin nəzdində “Asudə Vaxt Mərkəz”inin  yaradılması məqsədəuyğun hesab edilmişdir.Belə ki, 08 yanvar 2014-cü il tarixdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən təsdiqlənən Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin Əsasnaməsinin 2.7-ci maddəsinə əsasən mərkəz öz nəzdində “Asudə Vaxt Mərkəz”i yarada bilər.
 Bütün bunları nəzərə alaraq, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 30.03.2016-cı il tarixli 59 №-li əmrinə əsasən Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin nəzdində “Asudə Vaxt Mərkəz”lərinin yaradılması tapşırılmışdır.
 Pilot layihə olaraq, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin 01 aprel 2016- cı il tarixli K-127 №-li əmrinə əsasən Sabunçu rayon Asudə Vaxt Mərkəzi yaradılmışdır.
 Mərkəzin fəaliyyətinin məqsədi  bilikli, peşəkar, istedadlı gənclərin bilik və bacarıqlarını stimullaşdırmaq, əhalinin mədəni və mənəvi tələbatının ödənilməsi və asudə vaxtlarının səmərəli keçirilməsini təmin etməkdən ibarətdir.
 Asudə Vaxt Mərkəzi əsas etibarı ilə təsərüffat hesablı xidmətlər və büdcədənkənar kurslardan gələn vəsait hesabına fəaliyyət göstərir.
Mərkəzdə məktəbəqədər hazırlıq, tibb-şəfqət, gimnastika, rəqs, tikmə-biçmə, xarici dillər, musiqi, karate kimi kurslar fəaliyyət göstərir.
Hazırda Asudə Vaxt Mərkəzi Bakıxanov qəsəbəsi, Sülh  küçəsi 2a ünvanında yerləşən və əsaslı təmir edilən “Şəhriyar” adına kitabxanada  fəaliyyətgöstərir.
 
 
 
Asudə Vaxt Mərkəzi
Direktor:
Kərimova Vüsalə Hacı qızı
Bakıxanov qəsəbəsi Sülh küç. 2/20
012 429-71-95
 
Asudə Vaxt Mərkəzi (filial)
Direktor:
Kərimova Vüsalə Hacı qızı
Bakıxanov qəsəbəsi X.Xasməmmədov 3
012 425-61-67
 
Keçidlər