İqtisadiyyat
İqtisadiyyat / Sənaye
2015-ci ilin yanvar-iyun aylarında 115045,5 min manatlıq və əvvəlki ilin muvafiq dövrü ilə müqayisədə 94,2 faiz sənaye məhsulu istehsal edilmiş və xidmət göstərilmişdir.
Sənayenin dövlət sektorunda 49858,3 min manatlıq, qeyri-dövlət sektorunda isə 65187,2 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
2015-ci ilin yanvar-iyun aylarında istehlakçılara 113364,2 min manatlıq, o cümlədən sənaye müəssisələrinin öz istehsalı olan 110587,4 min manatlıq malların və ya bütün sənaye istehsalının 96,1 faizi qədər sənaye məhsulu göndərilmişdir.
2015-ci il iyul ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 23046,1 min manatlıq hazır məhsul yığılıb qalmışdır.
2015-ci ilin yanvar-iyun aylarında aşağıdakı mühüm növ sənaye məhsulu istehsal edilmişdir.
MƏDƏNÇIXARMA SƏNAYESİ
Sənayenin mədənçıxarma bölməsi Sabunçu rayonunun iqtisadiyyatında mühüm rola malikdir. Belə ki, 2015-ci ilin altı ayı ərzində əmtəəlik neft hasilatı 179.2 min ton olmuşdur ki, bu da keçən ilə nisbətən 2,4 faiz azdır. Qaz hasilatı isə 2,9 milyon kub metr olmuşdur ki, bu da keçən ilə nisbətən 5,9 dəfə çoxdur.
Mədənçıxarma sənayesi müəssisələrində əsas növ məhsulların istehsalı aşağıdakı göstəricilərlə xarakterizə olunur.
| Məhsul növləri | 2015-ci ilin yanvar-iyun aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.07. 2015-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
| Neft (min ton) | 179.2 | 97,6 | 5.1 |
| Qaz (milyon kub m.) | 2,9 | 5,8d | - |
Mədənçıxarma sənayesinin fəaliyyət növləri üzrə məhsul buraxılışı
| Fəaliyyət növlərinin adı | 2015-ci ilin yanvar-iyun aylarında istehsal edilmişdir (min manat) | Əvvəlki ilin müvafiq dövrünə nisbətən(sabit qiymətlərlə), faizlə |
| Mədənçıxarma sənayesi-cəmi | 77083,9 | 98,5 |
| o cümlədən | ||
| Xam neft və təbii qaz hasilatı | 48671,6 | 97,8 |
| Mədənçıxarma sənayesinin digər sahələri | 84,1 | - |
| Mədənçıxarma sənayesi sahəsində xidmətlərin göstərilməsi | 28328,2 | 100,2 |
E M A L S Ə N A Y E S İ
Sənayedə ikinci böyük xüsusi çəkiyə malik olan emal sənayesidir. Emal sənayesinin mühüm növ məhsullarından sayılan çay və çörək istehsalında keçən ilə nisbətən artım, fındıq və şokalad istehsalında isə azalma müşahidə olunmuşdur.
Mühüm növ qida məhsullarının istehsalı aşağıdakı göstəricilərlə xarakterizə olunur:
| Məhsul növləri | 2015-ci ilin yanvar- iyun aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.07. 2015-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
| Çörək məmulatı, ton | 7876,6 | 112,7 | - |
| Çay, ton | 2061,6 | 100,5 | - |
| Fındıq, ton | 120,5 | 19,3 | - |
| Şokalad ton | 324,4 | 44,1 | 1,2 |
Qida məhsulu istehsalının ən mühüm növ məhsullarından sayılan çörək 12,7 faiz, çay 0,5 faiz çox, şokalad 55,9 faiz, fındıq 80,7 faiz az olmuşdur.
Toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayyaqqabı istehsalı sahələrində əsas məhsul növlərinin buraxılışı.
| Məhsul növləri | 2015-ci ilin yanvar- iyun aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.07. 2015-ci il vəziyyətinə hazır məhsul ehtiyatı | |
| Toxuculuq sənayesi | ||||
| Pambıq yemək-xana ağları ədəd | 7074 | 103,9 | - | |
| Yüngül yataq örtükləri ədəd | 357 | 182,0 | - | |
| Geyim istehsalı | ||||
| Kişi və oğlanlar üçün köynəklər ədəd | 18960 | 44,1 | - | |
| Kişi və oğlanlar üçün pambıq kalson və tumanlar ədəd | 7000 | 21,9 | - | |
| Yun şallar, şərflər ədəd | 37000 | 7,4d | - | |
| Dəri, dəridən məmulatlar və ayyaqqabı istehsalı | ||||
| Üstü dəridən olan ayaqqabılar min cüt | 10,0 | 4,8d | - | |
Kimya sənayesi, rezin və plastmas məmulatlarının istehsalı sahələrində məhsul buraxılışı
| Məhsul növləri | 2015-ci ilin yanvar- iyun aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.07. 2015-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
| Kimya sənayesi | |||
| Arqon min m3 | 91,5 | 211,8 | - |
| Oksigen, min m3 | 3575,1 | 104,6 | - |
| Azot, min m3 | 39,3 | 15,6 | - |
| Rezin və plastmas məmulatların istehsalı | |||
| Digər qruplara daxil edilməyən plastik borular, ton | 11,8 | 41,4 | - |
| Plastik qutular, yeşiklər, ton | 13,4 | 150,6 | 36,7 |
| Plastik yemək və mətbəx qabları, ton | 52,6 | 71,7 | 6,4 |
| Məhsul növləri | 2015-ci ilin yanvar- iyun aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.07. 2015-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
| Metallurgiya sənayesi | |||
| Aliminium çubuqlar və profillər, ton | 28,0 | 3,1d | - |
| Hazır metal məmulatlarının istehsalı | |||
| Qara metallardan sair konstruksiyalar, ton | 549,1 | 59,4 | 1916,6 |
| Qüllə buruqları, ton | 13,0 | 12,4 | 117,0 |
Maşın və avadanlıqların istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı
| Məhsul növləri | 2015-ci ilin yanvar-mart aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.04. 2015-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
| Kəmər başlıqları, ton | 12,4 | 24,1 | 0,6 |
| Mancanaq dəzgah- ları, ədəd | 1 | 3,4 | 104 |
| Fontan armaturu, ton | 65,5 | 133,9 | 104,3 |
Maşın və avadanlıqların istehsalı müəssisələrində 2015-ci ilin yanvar-mart aylarında fontan armaturu 33,5 faiz çox, kəmər başlıqları 75,9 faiz az, mancanaq dəzgahları 96,6 faiz az istehsal edilmişdir.
Emal sənayesinin fəaliyyət növləri üzrə məhsul buraxılışı
| Fəaliyyət növlərinin adı | 2015-ci ilin yanvar-iyun aylarında istehsal edilmişdir (min manat) | Əvvəlki ilin müvafiq dövrünə nisbətən(sabit qiymətlərlə), faizlə |
| Emal sənayesi-cəmi | 28713,3 | 59,0 |
| o cümlədən | ||
| Qida məhsullarının istehsalı | 11215,7 | 80,7 |
| Içki istehsalı | 92,2 | 113,8 |
| Toxuculuq sənayesi | 22,7 | 113,9 |
| Geyim istehsalı | 629,4 | 51,1 |
| Dəri və dəridən məmulatların və ayaqqabıların istehsalı | 257,2 | 454,5 |
| Mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı | 108,1 | 14,3 |
| Poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması | 275,0 | - |
| Kimya sənayesi | 1595,0 | 101,2 |
| Əczaçılıq məhsullarının istehsalı | 135,7 | 77,2 |
| Rezin və plasmas məmulatların istehsalı | 320,0 | 79,3 |
| Digər qeyri-metal mineral məhsulların istehsalı | 97,2 | - |
| Maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı | 325,3 | 41,4 |
| Kompüter, elektron və optik məhsulların istehsalı | 1802,9 | - |
| Elektrik avadanlıqların istehsalı | 1189,1 | 142,9 |
| Maşın və avadanlıqların istehsalı | 6649,8 | 41,9 |
| Sair sənaye məhsullarının istehsalı | - | - |
| Maşın və avadanlıqların quraşdırılması və təmiri | 3998,0 | 93,9 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı; su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuş əsas məhsul növləri
| Məhsul növləri | 2015-ci ilin yanvar- iyun aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.07. 2015-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
| Qazın bölüşdürülməsi və satışı, mln kub metr | 128,0 | 110,0 | - |
| Təbii suyun yığılması, min kub metr | 7266,4 | 85,7 | - |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı; su təchizatı, tullantıların əmizlənməsi və emalı bölmələri
| Fəaliyyət növlərinin adı | 2015-ci ilin yanvar-mart aylarında istehsal edilmişdir (min manat) | Əvvəlki ilin müvafiq dövrünə nisbətən(sabit qiymətlərlə), faizlə |
| Elektrik enerjisi, qaz, buxar və istehsalı, bölüşdürülməsi və təchizatı | 6068,6 | 106,7 |
| Su təchizatı, tullantıların təmizlənməsi və emalı | 3179,7 | 100,5 |
| Suyun yığılması, təmizlənməsi və paylanması | 2962,2 | 94,7 |
| Çirkli suların yığılması | - | - |
| Tullantıların yığılması və məhv edilməsi | 217,7 | - |
Rayonun iri sənaye müəssisələri
Rayonun iqtisadiyyatının əsasını təşkil edən müəssisələr sırasına mədənçıxarma sənayesi ilə məşğul olan “Balakhanı Operating Company” LTD, “Azgerneft” MMC, emal sənayesi ilə məşğul olan “Bakı Neft Maşınqayırma” TASC, “Bakı Fəhləsi” TASC, “Neftqazmaş” ASC, “Sərham” MMC, “Sun tea” MMC, “Şirin”MMC, “Bakı fındıq emalı”MMC və s. müəssisələri göstərmək olar.
“Balakhanı Operating Company” LTD
Müəssisənin əsas istehsalı neft və neft yataqlarının qazının istehsalından ibarətdir. 2015-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 30662,9 min manat olmuşdur.
2015-ci ilin 6 ayında istehsal etdiyi neftin həcmi 134,2 min ton olmuşdur.
Müəssisədə çalışanların sayı 1416 nəfər, orta aylıq əmək haqqı 843,0 manat olmuşdur.
“Azgerneft” MMC
Müəssisənin əsas istehsalı neft və neft yataqlarının qazının istehsalından ibarətdir. 2015-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 13500,7 min manat olmuşdur.
2015-ci ilin 6 ayında istehsal etdiyi neftin həcmi 46,1 min ton olmuşdur ki, keçən ilə nisbətən dəyişməmişdir.
Müəssisədə çalışanların sayı 414 nəfər, orta aylıq əmək haqqı 773,5 manat olmuşdur.
“Bakı Neft Maşınqayırma” TASC
Müəssisənin əsas istehsalı fontan armaturu, kəmər başlıqları, fontan armaturunun bağlayıcı və tənzimləyici qurğularının istehsalından ibarətdir. 2015-ci ilin yanvar-iyun aylarında fontan armaturunun istehsalı 65,5 ton, kəmər başlıqlarının istehsalı 12,4 ton, fontan armaturunun bağlayıcı və tənzimləyici qurğularının istehsalı 9,3 ton olmuşdur. 2015-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 1221,8 min manat olmuşdur. 01.07.2015-ci il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 6613,4 min manat olmuşdur.
Müəssisədə çalışanların sayı 260 nəfər, orta aylıq əmək haqqı 325,0 manat olmuşdur.
“Bakı Fəhləsi” TASC
Müəssisənin əsas istehsalı mancanaq dəzgahlarının istehsalından ibarətdir. 2015-ci ilin yanvar-iyun aylarında 1 ədəd mancanaq dəzgahı istehsal olunmuşdur. 2015-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 950,4 min manat olmuşdur. 01.07.2015-ci il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 3244,1 min manat olmuşdur.
Müəssisədə çalışanların sayı 105 nəfər, orta aylıq əmək haqqı 480,0 manat olmuşdur.
“Neftqazmaş” ASC
Müəssisənin əsas istehsalı olan maye üçün nasoslar və maye qaldırıcıların istehsalı 6 ədəd, digər qruplara daxil edilməyən sair ümumi təyinatlı avadanlıqların təmiri və onlara texniki xidmət göstərilməsinin dəyəri 335,1 min manat olmuşdur. 2015-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 1936,1 min manat olmuşdur. 01.07.2015-ci il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 149,0 min manat olmuşdur.
Müəssisədə çalışanların sayı 157 nəfər, orta aylıq əmək haqqı 336,0 manat olmuşdur.
“Sərham” MMC
Müəssisənin əsas istehsalı olan çörəyin miqdarı 787,6 ton olmuşdur ki, keçən ilə nisbətən 12,7 faiz armışdır. 2015-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 2939,6 min manat olmuşdur.
Müəssisədə çalışanların sayı 579 nəfər, orta aylıq əmək haqqı 152,2 manat olmuşdur.
“Sun tea” MMC
Müəssisənin əsas istehsalı olan çayın miqdarı 2061,6 ton olmuşdur. 2015-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 6207,5 min manat olmuşdur.
Müəssisədə çalışanların sayı 237 nəfər, orta aylıq əmək haqqı 430,0 manat olmuşdur.
“Şirin” MMC
Müəssisənin əsas istehsalı olan şokolad istehsalı 324395,0 kq, karamel istehsalı 65300,0 kq olmuşdur. 2015-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 1495,7 min manat olmuşdur. 07.01.2015-ci il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 11,3 min manat olmuşdur.
Müəssisədə çalışanların sayı 252 nəfər, orta aylıq əmək haqqı 221,0 manat olmuşdur.
“Bakı fındıq emalı” MMC
Müəssisənin əsas istehsalı olan fındıq istehsalı 120470,1 kq olmuşdur. 2015-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 1975,2 min manat olmuşdur.
Müəssisədə çalışanların sayı 87 nəfər, orta aylıq əmək haqqı 480,0 manat olmuşdur.
İqtisadiyyat / Tikinti
2015-ci ilin yanvar-iyun aylarında rayonda bütün maliyyə mənbələri hesabına 19222,2 min manat əsas fondlar istifadəyə verilmişdir.
2015-ci ilin yanvar-iyun aylarında rayonda maliyyə mənbələri hesabına ümumi sahəsi 11573,0 kv.m.-dən 39 yaşayış evləri istifadəyə verilmişdir. Bütün yaşayış evləri əhalinin şəxsi vəsaiti hesabına tikilmiş və yaşayış evlərinin sahəsi 3139,0 kv.m., onların dəyəri isə 6723,9 min manat olmuşdur.
2015-ci ilin yanvar-iyun aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 136184,8 min manat həcmində investisiya yönəldilmişdir, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz çoxdur.
Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 12595,4 min manat (9,2 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar 123589,4 min manat (90,8 faiz) isə sərmayə yönəltmişlər.
2015-ci ilin yanvar-iyun aylarında 125487,8 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,4 faiz çoxdur.
2015-ci ilin yanvar-iyun aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 75212,1 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 61,2 faiz təşkil etmişdir.
2015-ci ilin yanvar-iyun aylarında podratçı təşkilatların gördükləri işlər yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi üzrə 13167,0 min manat (əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 dəfə artmış, əsaslı təmir üzrə 56427,8 min manat, (86,2 faiz təşkil etmiş), cari təmir üzrə 796,7 min manat, (1,6 faiz təşkil etmiş), sair işlər üzrə isə 4820,6 min manat, (66,0 faiz artmış) olmuşdur.
Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 23186,9 min manat (30,8 faiz), dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 52025,2 min manat (69,2 faiz) olmuşdur.
İqtisadiyyat / Nəqliyyat
2015-ci ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin həcmi 10680,6 min manat olmuşdur, bu da keçən ilin müvafiq dövrünə nisbətən 77,1 faiz çoxdur.
Avtomobil nəqliyyatının fəaliyyəti
| 2015-ci ilin yanvar-iyun aylarında | 2014-cü ilin yanvar-iyun aylarında | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | |
| Nəqliyyat xidmətlərin-dən əldə olunmuş gəlir, faktiki qiymətlərlə, min manat | 10680,6 | 6031,3 | 177,1 |
2014-cü ilin yanvar-may aylarında nəqliyyat müəssisələrində çalışan işçilərin sayı 641 nəfər olmuşdur. Bir nəfərə hesablanmış orta aylıq əmək haqqı 350,7 manat təşkil etmişdir. Bu da keçən ilə nisbətən 80,4 faiz təşkil etmişdir.
.
İqtisadiyyat / İnformasiya və Rabitə
2015-ci ilin yanvar-iyun aylarında rabitə müəssisəsi tərəfindən faktiki qiymətlərlə 4710,4 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çoxdur.
Rabitə müəssiələrinin işinin əsas göstəriciləri
| 2015-ci ilin yanvar-iyun aylarında | 2014-cü ilin yanvar-iyun aylarında | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | |
| Rabitə xidmətlərindən əldə olunmuş gəlir, faktiki qiymətlərlə, Min manat | 4710,4 | 4355,9 | 108,1 |
2015-ci ilin yanvar-may aylarında rabitə müəssisəsində çalışan işçilərin sayı 504 nəfər olmuşdur. Bir nəfərə hesablanmış orta aylıq əmək haqqı 639,0 manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 36,0 faiz çoxdur.
İqtisadiyyat / İaşə xidmətləri
2015-ci ilin yanvar-iyun ayları ərzində ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43,4 faiz artaraq 2952,4 min manat olmuş, dövriyyəsinin 100,0 faizi özəl müəssisələrin hesabına formalaşmışdır.
İaşə dövriyyəsinin 3,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 96,5 faizi isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin iaşə fəaliyyəti nəticəsində formalaşmışdır.
Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 102,4 min manatlıq həcmində iaşə xidmətləri göstərilmişdir.














