Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəxanı qəsəbəsi

 
113 №-Lİ TAM ORTA MƏKTƏB                                                                Kürdəxanı qəsəbəsi M. Adil küçəsi 4
 
   Bakı şəhəri Kürdəxanı qəsəbəsindəki 113 nömrəli tam orta məktəb 1927-ci ildən fəaliyyət göstərir. Məktəbin hazırkı binası 1971-ci ildə tikilib istifadəyə verilmişdir. Məktəb 850 yerlikdir. 2008-ci ildə məktəbin həyətində 300 yerlik yardımçı bina tikilmişdir. Hər iki korpus birlikdə 1150 yerlikdir. Hazırda məktəbdə 1765 şagird təhsil alır. Məktəb Hüseynbala Ağaverdiyev adını daşıyır. H.Ağaverdiyev 1927-1929-cu illərdə Azərbaycan SSR XTŞ-nin sədri, 1929-1934-cü illərdə Azneft Birliyi rəisinin müavini,1935-ci ildən Azərbaycan SSR XKS-nin sədr müavini, eyni zamanda Xalq yerli Sənaye komissarı vəzifəsində çalışıb. 113 nömrəli tam orta məktəb öz məzunları ilə hər zaman fəxr edib. İkinci Dünya müharibəsindən əvvəl və sonralar da bu məktəbin bir çox məzunları Azərbaycan dövlətinin adını dünya ölkələrində tanıtmış, onun fəxri olmuşlar. Qarabağ uğrunda gedən döyüşlərdə məktəbimizin 9 nəfər məzunu şəhid olmuşdur. Onların xatirəsini əbədiləşdirmək məqsədilə məktəbin həyətində " And yeri " abidəsi ucalır.
 
 
Rüstəmova Gültəkin Tofiq qızı   113 nömrəli tam orta məktəbin direktoru     012-551-81-06            

 

 

Keçidlər