Şriftin ölçüsü :

Saytın rəngi :

107 №-Lİ TAM ORTA MƏKTƏB

 
 
Bakıxanov qəsəbəsi M. Gəncəvi küçəsi 14
 
107 nömrəli məktəb 1965-ci ildən məktəb kimi fəaliyyət göstərir. Birtiplidir. Məktəbin 23 sinfində 498 şagird təhsil alır. Dərslər Azərbaycan və rus dillərində aparılır. Məktəb 1992-ci ildə Ağdərənin Kasapet yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olmuş şəhid Rasim Quliyevin adını daşıyır. Məktəb lazimi təchizatla təmin olunmuşdur, 1 binadan və 1tədris korpusundan ibarətdir. Məktəb 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təmir-Tikinti İdarəsi tərəfindən əsaslı təmir olunmuşdur. Məktəbdə 1 kimya elmləri namizədi, 1 nəfər qabaqcıl təhsil işçisi, 1 ali kateqoriyalı və 48 nəfər I dərəcəli müəllim çalışır. Məktəbin əsas məqsədi və vəzifələri: ibtidai təhsil pilləsindən başlayaraq, şagirdlərin keyfiyyətli tam orta təhsil almalarını təmin etməklə yanaşı, riyaziyyat, fizika, informatika fənlərinə xüsusi maraq göstərən, bu fənnlər üzrə dərin bilik almağa istedad və qabiliyyəti olan şagirdlər seçməklə onların potensial imkanlarının daha da inkişafına şərait yaratmaqdan, istiqamət verməkdən ibarətdir.
 
 
Əhmədova Səidə adil qızı (direktor əvəzi)
Rasim Quliyev adına 107 nömrəli tam orta məktəbin direktoru
012-425-49-97
 

 

Keçidlər