128 №-Lİ TAM ORTA MƏKTƏB
Maştağa qəsəbəsi M. Hüseynzadə küçəsi 30a
Məktəbimiz 1973-cü ildən fəaliyyət göstərir. Hazırda I-IV siniflər üzrə 29; V-XI siniflər üzrə 25 sinif komplektləşdirilib. 2017-cı il oktyabrın 1-nə məktəbdə I-XI siniflər üzrə 1474 şagird , 4 məktəb hazırlıq qruplarında 120 azyaşlı, ümumilikdə 1594 şagirdtəhsilalır.Məktəbdə 54 sinif var. Pedaqojiheyəti 87 nəfərdənibarətdir.Məktəbdədərslər 2 (iki) növbəli keçirilir. Məktəb 2012-ci ildə əsaslı təmir olunub . 2014/2015-cü ildə pedaqojı kollektiv Azərbaycan Respublikasının Təhsil Qanununu əsas götürərək məktəbin ,təhsilin inkişafındakı rolunu müəyyənləşdirmiş və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bütü nimkanlardan istifadə etmişdir. Məktəb öz işin itənzimləmək üçün pedaqoji kollektivin fəallarından işçi qrupu yaratmış və qrupun köməkliyi ilə özünün nizamnəməsini hazırlamışdır . Nizamnamə məktəbin 17 sentyabr 2014-cü il tarixli pedaqoji şurasında müzakirə edilmişdir . Məktəbimizin devizi beledir : "Müstəqil düşünməyi bacaran zehni və fiziki cəhətdən güclü şagirdlər yetişdirmək". Məktəbdə son illər görülən işlər nəticəsində bir sıra uğurlar əldə olunub. 2016-2017-ci ildə şagirdlərimizin ali məktəbə qəbulf aizi 27%-dən 44%-ə qalxmışdır. Həmin tədris ilində məktəbin XI sinif şagirdi Əliyeva Nərmin Respublika fənn olimpiadasında bürünc (III yer) medal, IX sinif şagirdi Əliyeva Maral gümüş (II yer) medal qazanmışlar. Lütfi-zadə adına II məntiq olimpiadasında məktəbin 5 şagirdi 50-80 % nəticə göstərmişlər. XI sinif şagirdi Əliyeva Nərmin xüsusi təhsil göstəricilərinə əsasən məktəbi qızıl medal və xüsusi nümunəli attestatla bitirib.
Əliyeva Sədaqət İbrahim oğlu |
N.Nərimanov adına
128 nömrəli tam orta məktəbin direktoru |
012-455-08-17
|