67 №-Lİ TAM ORTA MƏKTƏB
Sabunçu qəsəbəsi Nəsib Məlikov küçəsi 7
Üç əsrin şahidi- 67 nömrəli tam orta məktəb birinci iki sinifli Sabunçu–Balaxanı Ramana qarışıq tipli məktəb olmuşdur. XIX əsrin II yarısında müstəmləkə əsarəti altında olan Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında mühüm dirçəliş baş verir. Xarici kapital axını ölkənin aparıcı sənaye sahələrindən biri olan neft sənayesinin inkişafına təkan verir. Neft sənayesi və digər sənaye sahələrini əhatə edən dirçəliş maarif və təhsilin inkişafına da şərait yaradır. Əsası 1897-ci ildən qoyulmuş məktəbimiz, ilk dərs ilində 2 müəllim olmaqla 73 nəfər şagirdlə fəaliyyətə başlamışdır. Bu siniflər qarışıq olmaqla burada çalışan qeyri-müsəlman fəhlələrin uşaqları üçün nəzərdə tutulmuşdur. 30-cu illərin sonu məktəb 67 nömrəli natamam məktəb statusunu almışdır. 3əsrin şahidi olan məktəb. 10 minlərlə gəncin yetişməsində böyük rol oynamışdır.1918-26-cı illərdə təhsil almış,dövrün görkəmli ictimai-siyasi xadimi Nikolay Konstatinoviç Baybakov belələrindən biridir.Dünya neft sənayesi tarixində dərin iz buraxmış keçmiş SSR-nin müxtəlif yüksək vəzifələrində ləyaqətlə çalışmış Azərbaycanın ümumilli lideri, ulu öndər Heydər Əliyevin yaxın dostu Nikolay Konstatinoviç Baybakovun xatirəsini əbədiləşdirmək məqsədi ilə 03 mart 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanmışdır. Həmin sərəncama müvafiq olaraq Prezidenti İlham Əliyevin tapşırığı ilə 67 saylı məktəb üçün 4 məktəbli 800 şagirdlik tədris korpusunun tikintisi qərara alınmışdır. 2016-17-ci il tədris ilindən etibarən yeni tədris korpusu kollektivin ixtiyarına verilmişdir. 1897-ci ildə 2 müəllim 2 sinifdən 73 nəfər şagirddən ibarət olmuş bu məktəb, indi 133 müəllimin 2779 şagirdin təhsil ocaqlarından biri kimi təhsilimizə öz tövhəsini verməkdə davam etdirir.
Bayramova İradə Sahib
|
67 nömrəli tam orta məktəbin direktoru
|
012-450-21-32;
012-450-62-19 |