Şriftin ölçüsü :

Saytın rəngi :

71 №-Lİ TAM ORTA MƏKTƏB

 
Zabrat-2 qəsəbəsi İstilik kombinatı
 
Bakı şəhəri Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəb 1980-ci ildə istifadəyə verilmişdir. Məktəb 1993-cü ildə Ağdam cəbhəsində erməni silahlı birləşmələrinə qarşı döyüşdə qəhrəmanlıqla həlak olan Milli qəhrəman Misirxanov Elxan Sərxan oğlunun adını daşıyır. Məktəbin foyesində onun şərəfinə büst ucaldılıb. Məktəbin direktoru Qocayeva Mahirə Süleyman qızıdır. İki mərtəbəli tədris binasında 67 sinif otağı var. 2033 şagirdin təhsil aldığı məktəb iki növbəlidir. 99 müəllim heyəti çalışır. Üç fənn kabineti, bir İnformatika otağı var. Yeddi sinif otağında “Elektron lövhə”quraşdırılıb. Fənn kabinetləri lazımi təchizatla təmin edilib. Bütün bunlar müəllim və şagirdlərə İKT-nın nailiyyətlərindən istifadə etməyə şərait yaradır. Məktəbin zəngin kitabxanası var. Böyük idman zalı və Akt zalı var. Akt zalında vaxtaşırı tədbirlər keçirilir. Məktəb 2007-ci ildə əsaslı təmir olunub. Şəhidlərin xatirəsinə abidə qoyulub. Böyük idman meydançası şagirdlərin ixtiyarına verilib.
 
 
Quliyev Yasin Yaqub oğlu
Elxan Misirxanov adına
71 nömrəli tam orta məktəbin direktoru
012-550-24-89

 

Keçidlər