259 №-Lİ TAM ORTA MƏKTƏB
Balaxanı qəsəbəsi Səfəvilər küçəsi
Bakının Balaxanı qəsəbəsində ucaldılmış Mirzə Ələkbər Sabir adına 259 №li tam orta məktəb tədris müəssisəsi kimi 1976-cı ildən fəliyyətə başlamışdır. Məktəbin pedaqoji kollektivi təhsilin sivil inkişaf qanunları və bu sahədə həyata keçirilən islahatlara əsaslanaraq qarşısına pedaqoji prosesin keyfiyyətini yüksəltmək, səmərəliliyi artırmaq və nəticə etibarilə zəmanəmizə layiqli vətəndaşlar yetişdirmək məqsədini qoymuşdur. Dövlətimizin başçısı cənab İlham Əliyevin “Əminəm ki, təhsil sistemində aparılan islahatlar, müasir təlim metodlarının geniş tətbiqi və mərhələli istifadəsi nəticəsində yeni nəslin yetişdirilməsi sahəsində mühüm nailiyyətlər əldə ediləcəkdir”- fikirləri də məktəbin pedaqoji heyətinə stimul verir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən məktəb 2012-ci ildə əsaslı təmir olunmuşdur. Bugünkü gündə məktəbdə 31 sinifdə 751 nəfər şagirdin təlim və tərbiyəsi ilə 56 müəllim məşğul olur. Müəllimlər arasında üzərinə düşən məsuliyyəti dərindən dərk edən - təcrübəli, peşəkar, öz fənnini dərindən bilən, bilik və bacarıqları ilə fərqlənənlər az deyil. Məktəbin şagirdləri Beynəlxalq idman, musiqi , rəsm yarışlarında iştirak edir və uğur qazanırlar. Məktəb pedaqoji kollektivinin əsas fəaliyyət qayəsi şagirdlərə əsaslı bilik vermək, onların mənəvi tərbiyəsini, fiziki hazırlığını inkişaf etdirməkdir.
Mustafayeva Venera Əli qızı |
M.Ə.Sabir adına
259 nömrəli tam orta məktəbin direktoru |
012-451-17-03
|