Şriftin ölçüsü :

Saytın rəngi :

296 №-Lİ TAM ORTA MƏKTƏB

 
Ramana qəsəbəsi S. Vurğun küçəsi
 
Ulu Öndərimiz Heydər Əliyevin 22 avqust 2001 ci il tarixli 562 saylı fərmanı ilə Qərbi Azərbaycandan, zorla qovulmuş əhali Şuşa və Xocalı şəhərində yerləşdirilmişdir və ikinci dəfə məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşan əhali üçün Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu ərazisində 160 yaşayış evi və 192 yerlik məktəb inşa edilmişdir. Bakı şəhərində müvəqqəti sanatoriya, düşərgə və məktəb yataqxanalarında məskunlaşan qaçqınlar 2003-cü ilin iyun-iyul aylarında inşa edilmiş qəsəbədə məskulaşdırıldı. Qəsəbə sakinlərinin əksəriyyəti Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Dağlıq Qarabağdan ermənilər tərəfindən zorla qovulmuş şəhid ailələrindən, Qarabağ əlillərindən və milli münaqişə zəminində əlil olmuş əhalidən ibarətdir.2003-cü ildən məktəb orta təhsil pilləsi üzrə fəaliyyətə başlamışdır. Məktəbdə şagird kontingentinin artımı ilə əlaqədar olaraq Bakı şəhəri İcra hakimiyyətinin sifarişi ilə 2012-ci ildə 300 şagird tutumu olan ikinci korpus tikilib istifadəyə verilmişdir . Hal- hazırdaməktəb 492 yerlik şagird tutumuna malikdir.
 
 
Muradov Vahid Bulud
296 nömrəli tam orta məktəbin direktoru
012-451-52-36

 

Keçidlər