Şriftin ölçüsü :

Saytın rəngi :

130 №-Lİ TAM ORTA MƏKTƏB

 
Nardaran qəsəbəsi Abşeron küçəsi 2
 
Məktəb 1972- ci ildə inşa olunaraq istifadəyə verilmişdir. Məktəb üç mərtəbəli, birtipli korpusdan ibarət olub, geniş idman zalı, yeməkxana, əyani vəsaitlərlə təchiz olunmuş fizika və kimya laboratoriyası, biologiya, ədəbiyyat, rus dili kabinetləri, akt zalı, geniş və işıqlı sinif otaqları olan tədris müəssisəsidir. İlk məktəb natamam orta məktəb olmuşdur. 1974-ci ildə ilk 17 məzun tam orta təhsil alaraq məktəbi bitirmişlər. Məktəbin ilk direktoru tarix müəllimi Mustafayev Mustafa müəllim olmuşdur. Həmin dövürdə Nardaran kənd sakinləri olan Süleymanov Süleyman, Həsənova Seyidxanim, Zeynalova Balacaxanım, Əliyeva Xatirə, Əliyeva Zərifə də digər müəllimlərlə yanaşı gənc nəslin təlim tərbiyəsi ilə məşğul olmuşlar. Hal – hazırda 1974–cu ilin məzunlarından (ilk məzunlar) Qədirova Sədaqət Həsən qızı öz doğma məktəbində ingilis dilini sevə-sevə tədris etməkdədir. Cari ildə 630 şagird məktəbdə təhsil alır. 63 nəfərlik işçi heyəti şagirdlərin kamil təhsil alması üçün əllərindən gələni əsirgəmədən çalışırlar. 41 nəfərlik müəllim kollektivi müasir təhsil metodlarını tam tətbiq edərək ciddi cəhdlə çalışırlar. Məktəb 2013-cü ildə əsaslı təmir olunaraq lazım olan bütün müasir əyani vəsaitlərlə, o cümlədən kompüter avadanlıqları və internetə qoşulmuş elektron lövhələrlə təmin olunmuşdur. Fizika və kimya kabinet və laboratoriyaları müasir standartlara tam cavab verir. Hər il məzunlarımız ali təhsil ocaqlarına qəbul olub, təhsillərini davam etdirirlər.
 
 
Əliyeva Samirə Zakir qızı
130 nömrəli tam orta məktəbin direktoru
012-455-89-65

 

Keçidlər