112 №-Lİ TAM ORTA MƏKTƏB
Pirşağı qəsəbəsi Pirşağı küçəsi 23
1934-cü il bünövrəsi qoyulmuş köhnə bina Heydər Əliyev Fondu tərəfindən tamamilə sökülmüş və yerində 2005-ci ildə iki mərtəbəli yardımçı bina, 2013-cü ildə isə üç mərtəbəli əsas korpus ucaldılımışdır.Bina müasir tələblərə cavab verən infrastruktura malikdir.Məktəbdə 56 müəllim 871 şagirdin tərbiyəsi ilə məşğul olur.Təhsil Nazirliyinin "Heydər Əliyev Uşaqların gözü " ilə inşa müsabiqəsinin I dərəcəli diplom və mükafatına layiq görülmüş ,Bakı Şəhər İcra başçısının I dərəcəli diplomuilə təltif olunmuş,Respublika statistik məlumatlarında ali məktəblərə qəbul üzrə yüksək bal toplamış şagirdlərimiz olmuşdur.Bakı şəhəri üzrə olimpiadanın II turunda tarix fənni üzrə II yeri tutmuş və respublika olimpiadasına vəsiqə almış həmçini ədəbiyyat və biologiya fənləri üzrə II yer tutmuş şagirdlərimiz olmuşdur.İdman üzrə nailiyyətlərimiz çoxdur.Belə ki,beynəlxalq yarışlarda müxtəlif idman növləri üzrə I və II yerləri tutmuş şagirdlərimiz vardır. Bir çox müəllimlərimiz ixtisasartırma kurslarında uğur sertifikatları almış və təlimçi olmaq hüququnu qazanmışlar.Məktəbimizin infrastrukturu son 2 ildə müasir tələblərə cavab verdiyi üçün artıq ilin məktəbi və ilin ən yaxşı müəllimi müsabiqələrinə də qatılmaq niyyətindəyik.
Qasımov Rövşən Məmməd oğlu
|
112 nömrəli tam orta məktəbin direktoru
|
012-551-42-59
|